Layihənin başa çatması ilə əlaqədar Bakı görüşü

2012-01-28

Şənbə günü, 28 yanvar 2012-ci ildə bizimlə tərəfdaş təşkilat olan “Demokratik İnkişaf Platforması”nın Bakı şəhərindəki ofisində “Təbii maraqlı dərs. Azərbaycan istiqaməti” layihəsinin yekunları ilə əlaqədar görüş keçirildi. Görüş zamanı biz Azərbaycan məktəblərində eksperimental dərslərin keçirilməsi metodikası barədə müzakirələr apardıq, eyni zamanda layihə çərçivəsində təlimlərdə iştirak etmiş müəllimlər dərs məşğələlərinin aparılmasına aid öz təcrübələrini bölüşdülər, yeni metodoloji üsullarla keçilən dərs məşğələlərinin  şagirdlərdə böyük maraq və müsbət emosiyalar yaratdığından danışdılar.

Tədbirdə iştirak edən Gürcüstanlı təlimçi Vladimir Qirin öz təcrübələri və qazandığı uğurlar barədə görüş iştirakçılarına məlumat verərək, bu metodikanın şagirdlərdə yaratdığı çox böyük enerji və ruh yüksəkliyini, xüsusi olaraq, qeyd etdi, həmçinin görüş iştirakçıları qarşısında bir neçə yeni təcrübə nümunələrini nümayiş etdirdi.

Görüşdə daha sonra bu layihənin davam etdirilməsi üçün yeni ideyalar və planlar müzakirə edildi. Qeyd edildi ki, interaktiv təlim texnologiyasının tələblərinə tam cavab verən eksperimental dərslər şagirdlərə qruplarda işləmək, mürəkkəb məsələləri birlikdə həll etmək bacarığı aşılayır və məntiqi təfəkkürü inkişaf etdirmək baxımından çox əhəmiyyətlidir. Ona görə də müəllimlərin bu sahədə təlimçi vərdişlərinə yiyələnməsinin zəruriliyi önə çəkildi və bu istiqamətdə işin davam etdirilməsi zəruri sayıldı.

Görüş yüksək əhval-ruhiyyə şəraitində keçdi və sonda iştirakçılara məktəb laboratoriyaları üçün ən zəruri avadanlıqlardan ibarət laboratoriya dəstləri hədiyyə edildi.

Hadisələr

»»

»» Hadisələr