Linklər

www.arvindguptatoys.com
Müxtəlif elm sahələrinə aid maraqlı eksperimentlər.
www.euhou.net
Gənclərin astronomiyaya marağını artıran Avropa proqramı. Proqramla tanış ol və başqalarının necə işləməsini görmək üçün iştirakçı ölkələrin saytlarına daxil ol.
www.nasa.gov
Hamının tanıdığı, lakin az müraciət etdiyi internet səhifəsi
www.eurovolvox.org
Biologiya fənninə aid yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuş Avropa layihəsi: əyləncəli formada olan çox sayda maraqlı materiallar.
www.scienceinschool.org
"Məktəbdə elm" internet jurnalında təbiət elmlərinə aid maraqlı və vacib məsələlərin prezentasiyası, dərslərdə müasir elmi nailiyyətlərin əldə edilməsinə aid 29 dildə məlumatlar.

Hadisələr

Layihənin başa çatması ilə əlaqədar Bakı görüşü

Şənbə günü, 28 yanvar 2012-ci ildə bizimlə tərəfdaş təşkilat olan “Demokratik İnkişaf Platforması”nın Bakı şəhərindəki ofisində “Təbii maraqlı dərs. Azərbaycan istiqaməti” layihəsinin yekunları ilə əlaqədar görüş keçirildi. Görüş zamanı biz Azərbaycan məktəblərində eksperimental dərslərin keçirilməsi metodikası barədə müzakirələr apardıq, eyni zamanda layihə çərçivəsində təlimlərdə iştirak etmiş müəllimlər dərs məşğələlərinin aparılmasına aid öz təcrübələrini bölüşdülər, yeni metodoloji üsullarla keçilən dərs məşğələlərinin  şagirdlərdə böyük maraq və müsbət emosiyalar yaratdığından danışdılar.

»»

»» Hadisələr